Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Mart 2020 13:50
COVID-19-un doğurduğu koronavirus xəstəliyi kondisionerli məkanda havada 30 dəqiqə qala bilir.
Sonxeber.net Day.Az-a istinadən bildirir ki, bu açıqlama çinli epidemioloqların araşdırmasında yer alıb.
Alimlərin fikrincə, koronavirus öskürmək və ya asqırmaqla havaya düşən damcıların üzərində isə bir neçə gün qala bilir. Havanın hərarətinin, koronavirusun düşdüyü səthin materialının da virusun qalmasında önəmli rolu var. Belə ki, 37 dərəcə istidə şüşə, parça, metal, plastmas və kağız üzərində həmin virus 2-3 gün müddətinə qorunub qala bilir.
Qeyd edək ki, 2019-cu ilin sonunda Çində başlayan koronavirus epidemiyası hazırda dünyanın 80-dən çox ölkəsini sarıb və bütün dünyada ümumilikdə bu virusa yoluxanların sayı 100 mini, ölənlərin sayı isə 3 mini keçib.