Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Mart 2020 14:05
"Yəqin, zamanında qapınıza çox elçilər gəlib?!"
Sonxeber.net xəbər verir ki, bu sualla "Şou ATV"də Nanə Ağamalıyeva qonağı olan Əməkdar artist Mətanət İsgəndərlinin atası Məhəmmədəli İsgəndərliyə müraciət edib.
Atası Mətanətlə bağlı peşmançılığını efirdə etiraf edib:
"Çox, çox... 4 qızın ola, elçilərin olmaya?! Birini vermirsən, o birinə qız özü "atkaz" gedir. Siftə xam olmuşam, bunu (Mətanəti işarə edir - red) vermişəm. Cavan idim də, nə yaşım var idi onda mənim. Nə bilirdim elçilik nədir, verdik getdi. Ancaq, o biri qızlardan soruşmuşam getmək istəyib istəmədiklərini. Mətanəti verəndə soruşmadım heç".
Əməkdar artist atasının sözlərini təsdiqləyərək həyat yoldaşını toy günü gördüyünü açıqlayıb:
"Mən görmədiyim, bilmədiyim bir adama ərə getdim. O vaxt başqa dövür idi. Onda mənim heç 18 yaşım tamam olmamışdı".
Məhəmməd Vaqif