Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Zirə''nin legioneri ''11-lik''də

''Zirə''nin legioneri ''11-lik''də

Tarix: 21 Aprel 2019 11:12

Sadio Tounkara “Zirə”nin heyətində Premyer Liqada 5-ci qolunu vurub.

Qol.az-ın klubun rəsmi "Feysbuk" səhifəsinə istinadən yaydığı xəbərə görə, malili yarımmüdafiəçi Azərbaycan Premyer Liqasının 25-ci turunun “Qəbələ” ilə səfər oyununda fərqlənib. 2017-ci il oktyabrın 21-də “Sumqayıt”la rəqib meydanındakı görüşdə (1:2) özünün qol hesabını açan legioner “5”ə 35-ci oyunda çatıb. O, ötən mövsümün 16 matçında üç, cari çempionatın 19 qarşılaşmasında iki dəfə qol sevinci yaşayıb.

Sadio “qartallar”ın Premyer Liqadakı ən məhsuldar 11 futbolçusu sırasında yer alıb. Bu göstəricidə Viktor İqbekoyi, Təmkin Xəlilzadə, Elvin Məmmədov, Luis Alberto Diezə çatan Tounkara bombardirlər siyahısında 7-ci yerə şərikdir. Cədvələ 14 qol vuran Nelson Bonilla başçılıq edir.

 


Etiketlər:  Zirənin legioneri likdə


RƏYLƏR