Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Wi-Fi 6” standartını dəstəkləyən ilk “Samsung” televizorları təqdim olunub

“Wi-Fi 6” standartını dəstəkləyən ilk “Samsung” televizorları təqdim olunub

Tarix: 10 Mart 2020 21:24

"Samsung" şirkəti "Wi-Fi 6" standartını dəstəkləyən dünyanın ilk televizorlarını buraxıb. Bu barədə şirkətin məlumatında deyilir.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, yanvarda Cənubi Koreya istehsalçısı ilin yeni "8K QLED TV" televizor model sırasını geniş ictimaiyyətə təqdim edib. Nümayiş zamanı şirkət nümayəndələri yeni qurğuların dəstəklədiyi "ATSC 3.0" standartına xüsusi diqqət çəkiblər. Qeyd olunan standart yeni keyfiyyətli təsvir və səsötürməyə aiddir, eləcə də əlavə interaktiv xüsusiyyətləri nəzərdə tutur.

Bildirilir ki, təqdimat zamanı şirkət nümayəndələri tərəfindən nümayiş olunan qurğuların malik olduğu yeni "Wi-Fi 6" standartı sadalanmayıb. Beləliklə, bu, "Wi-Fi 6" standartı ilə rabitə imkanına malik dünyanın ilk televizorlarıdır. Yeni standart "Q900" və "Q950" TV modellərinə quraşdırılıb.

Xatırladaq ki, "Wi-Fi 6" 12 Qbit/saniyə ötürmə sürətini təmin edən "802.11ax" simsiz məlumat ötürmə standartıdır.

Milli.Az


Etiketlər:  standartını dəstəkləyən Samsung televizorları təqdim olunub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ