Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycan gimnastları FIG Dünya kubokuna hazırlıqdan danışıb (VİDEO)

Azərbaycan gimnastları FIG Dünya kubokuna hazırlıqdan danışıb (VİDEO)

Tarix: 11 Mart 2020 14:36

Bakı. Cani Babayeva - Trend:

Martın 12-15-də Milli Gimnastika Arenasında idman gimnastikası üzrə FIG Dünya Kuboku keçiriləcək.

Trend-in məlumatına görə, Azərbaycanı Dünya Kubokunda Murad Ağarzayev, Marina Nekrasova, Ağamurad Qəhrəmanov, İvan Tixonov, Samirə Qəhrəmanova, Cavidan Babayev təmsil edəcək.

Turnir ərəfəsində hazırlanmış videoçarxda gimnastlar İvan Tixonov, Cavidan Babayev, Murad Ağarzayev və Ağamurad Qəhrəmanov yarışa hazırlıq barədə danışıb. Gimnastlar qeyd edib ki, Dünya Kubokuna hazırlıq əsaslı şəkildə davam edir. Onlar əlavə edib ki, doğma azarkeşlər qarşısında çıxış etmək çox məsuliyyətlidir.

Qeyd edək ki, bu turnir 2020-ci il Yay Olimpiya Oyunlar üçün lisenziya xarakteri daşıyır.


Etiketlər:  Azərbaycan gimnastları FIG Dünya kubokuna hazırlıqdan danışıb VİDEO


RƏYLƏR