Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 May 2019 16:40
Bakı. Trend:
Çexiyada boks üzrə Usti-nad-Labem Qran Prisində yarımfinal mərhələsinin görüşləri başa çatıb. Azərbaycan millisinin 1 üzvü finalda iştirak hüququ qazanıb.
Vaqif Şirinovun yetirmələrindən Lorenzo Sotomayor (69 kq) 1/2 finalda tailandlı Nasuk Vuttiçayla üz-üzə gəlib. Görüş Olimpiya mükafatçımızın qələbəsi ilə yekunlaşıb – 4:1 (28:29, 29:28, 30:27, 30:27, 30:27). O, həlledici görüşdə norveçli Hadi Srourla döyüşəcək.
L.Sotomayordan fərqli, Alfonso Dominqes (81 kq) finala yüksələ bilməyib. 1/2 finalda kubalı Olimpiya çempionu, dünya çempionatının dördqat qalibi Xulio Sesar La Krusla qarşılaşan boksçumuz 0:5 (27:30, 27:30, 27:30, 27:30, 27:30) hesabı ilə məğlub olaraq, bürünc medalla kifayətlənib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin