Tarix: 11 Mart 2020 15:04
Gürcüstanda aprelin 1-nə qədər bütün futbol yarışlarını təxirə salınıb.
Qol.az xəbər verir ki, bu barədə Gürcüstan Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb. Koronavirus epidemiyasının yayılmasının qarşısını almaq məqsədilə bu qərar verilib.
Federasiyanın yaydığı bəyənatda deyilir ki, futbolçuların, azarkeşlərin sağlamlığını və təhlükəsizliyini əsas tutaraq, aprelin 1-nə qədər futbol üzrə bütün çempionatlar təxirə salınır.