Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Aynişan tənqid olunan hərəkətindən danışdı: “Onu elə görmək...” - VİDEO

Aynişan tənqid olunan hərəkətindən danışdı: “Onu elə görmək...” - VİDEO

Tarix: 11 Mart 2020 15:00

Əməkdar artist Aybəniz Haşımova və qızı Aynişan Quliyeva tədbirlərin birinə qatılıb.

Ötən günlərdə müvazinətini itirərək yıxılan sənətçi bu barədə axşam.az-a danışıb:

"Aynişan deyir ki, anam çox romantik yıxılır. Gördüm heç yerim sınmadı, ona görə də həkimə getmədim".

Aynişan isə "Anam sözə qulaq asmır, gərək həkimə güclə aparasan. İnsan yıxılanda onda bir refleks olar, səs çıxarar, bu başını qoydu uzandı" deyə, söyləyib.

A.Haşımova bildirib ki, qızı üçün darıxır:

"Aynişangil qonşuluqda ev götürüblər, mənə yaxın qalırlar. Tez-tez baş çəkirlər. Valideyni unutmaq olmaz. Buna baxmayaraq, insan darıxır. Onun xiffətini çəkirəm. Bir çay içəndə də onu düşünürəm ki, görəsən, istirahətini vaxtında edə bildimi? Bütün valideynlərdə belədir...".

Toydan yayılan görüntülərdə anası Aynişana mahnı oxuyarkən diz çökmüş, o, isə buna qarşılıq verməmişdi. A.Quliyeva bununla bağlı sosial şəbəkədə yazılan iradlara da münasibət bildirib:

"Düzü, toydan öncə bütün səhifələri əngəlləmişəm. Ona görə kim nə yazır, görməmişəm. Həmişə enerjimi yüksəkdə tutmağa çalışıram. Dünyada isə çox hadisələr baş verir. Neqativ xəbərləri oxuyanda enerjim ləkələnir. Xəbər portallarını buna görə "qara siyahı"ya atmışam. İradlarında haqlıdırlar. Bu anda heç onu düşünə bilmədim. Anamla bütün həyatımız göz önümə gəldi. Bu zaman yanımızda heç kim yox idi, indi məni tənqid edənlər də. Ana-bala bir-birimizə sarıldıq, böyüdük. Anam mənə mahnı oxuyanda bir baxışı var idi. Onu heç vaxt unutmaram. Düz deyirlər, əyilməli idim. Bunu gözləmirdim. Hər kəs mənə baxırdı, həyəcanlı idim. Həyatımın ən önəmli insanı anamdır. Onu elə görmək mənə toxundu".

Qeyd edək ki, A.Quliyeva Kənan adlı fitness müəllimi ilə əlaqə qurub.


Etiketlər:  Aynişan tənqid olunan hərəkətindən danışdı elə görmək VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ