Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Mart 2020 16:03
Bahar Muradova Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri təyin edilib.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram:
Bahar Əvəz qızı Muradova Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri təyin edilsin".