Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Mart 2020 19:56
Türkiyə hökuməti koronavirusun yayılması səbəbiylə ölkənin otelləri və turizm şirkətlərinə turizm mövsümünün başlanğıcını martdan aprelin sonlarına təxirə salmağı təklif edib.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, Mədəniyyət və Turizm naziri Mehmet Nuri Ərsoy turoperatorlara ölkəyə səfərlərin təşkilinə 15 apreldən sonra başlamağı tövsiyə edib.
Həmçinin, Ticarət naziri Ruhsar Pekcan, Türkiyədə keçirilən bütün beynəlxalq sərgilərin aprelin sonuna təxirə salınacağına söz verib.
Xatırladaq ki, martın 11-də Türkiyədə "COVID-2019" xəstəliyinə ilk yoluxma faktı aşkarlanıb.