Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Smartfon və kompüterdə uzun müddət çalışmaq nəyə görə təhlükəlidir?

Smartfon və kompüterdə uzun müddət çalışmaq nəyə görə təhlükəlidir?

Tarix: 12 Mart 2020 23:16

Qacetlərdən uzun müddət istifadə erkən yaşlarda yaddaşın zəifləməsinə səbəb olur.

Sonxeber.net ted.az-a istinadən bildirir ki, bu haqda Yaponiyanın tədqiqatçıları məlumat yayıb.

Məlumata görə, smartfon və kompüterdən gələn daimi informasiyalar istifadəçilərdə yorğunluq yaradır: "Bu isə onlarda yaddaş zəifliyinə gətirib çıxarır. Son 10 ildə 30-50 yaş arasında olan qacet istifadəçilərində bu hallar daha çox müşahidə olunur. İnsan beyini mütəmadi olaraq böyük məlumatları qəbul etməyə hazır deyil".

"İnformasiya çoxluğundan beynin həddindən artıq işləməsi frontal korteksin zəifləməsinə səbəb olur. Bu səbəbdən də insanlar sadə işlərdə daha çox səhv etməyə başlayır, öyrənmə qabiliyyətini itirir, əhval-ruhiyyəsi pisləşir və motivasiya yox olur. İnsan beyninə ən böyük yüklənməni daim dəyişən mətnlər və şəkillər verir", - deyə məlumatda qeyd olunur.


Etiketlər:  Smartfon kompüterdə uzun müddət çalışmaq nəyə görə təhlükəlidir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ