Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Teledərslərə lazımi təlabat olsa, efir saatları artırıla bilər

Teledərslərə lazımi təlabat olsa, efir saatları artırıla bilər

Tarix: 13 Mart 2020 15:30

"Təhsil Nazirliyinin təşkilatçılığı ilə "Mədəniyyət" kanalında yayımlanan "Dərs vaxtı" verilişinin şagirdlər üçün böyük əhəmiyyəti var. Bunu bizə edilən telefon zəngləri, kanala ünvanlanan təşəkkürlərdən də başa düşmək olar. Təbii ki, bu bizim vəzifə borcumuzdur. Sevinirik ki, "Mədəniyyət" kanalı bu işdə faydalı olur".

Sonxeber.net xəbər verir ki, bu fikirləri Trend-ə açıqlamasında Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin nəzdində "Mədəniyyət" kanalının direktoru Ramil Qasımov deyib.

Kanal direktoru bildirib ki, teledərslər vasitəsilə şagirdlər mütəmadi olaraq müxtəlif siniflər üzrə tədris fənlərini öyrənə bilirlər:

"Fənlər üzrə dərslər Təhsil Nazirliyinin müəyyən etdiyi qaydada efirdə yayımlanır. Yayımlanan dərslər isə gün ərzində təkrar efirə gedir. Eyni zamanda şagird hər hansı fənn üzrə izləyə bilmədiyi verilişə baxmaq imkanını həm kanalın, həm də Təhsil Nazirliyinin elektron resursları ilə qazana bilərlər".

R.Qasımov qeyd edib ki, teledərslərə lazımi təlabat olsa, efir saatları artırıla bilər:

"Müəllimlərin seçimi də nazirliyin səlahiyyətindədir. Nazirlik bizə hansı video-çarxları təqdim edirsə, onu da yayımlayırıq. Gələn həftədən etibarən rus bölməsinin şagirdləri üçün də teledərslərin olması planlaşdırılır. Bu istiqamətdə Təhsil Nazirliyi müvafiq işlər görür".

Xatırladaq ki, teledərslər həftənin 5 günü saat 10-dan 16-dək davam edəcək və bütün sinifləri əhatə edir. Verilişdə dərs mövzularına dair qısa izah və təlimatlar təqdim olunur.

Qeyd edək ki, koronavirus (COVİD - 19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi mart ayının 27-dək dayandırılıb.


Etiketlər:  Teledərslərə lazımi təlabat olsa efir saatları artırıla bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ