Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ÜST: Ermənistan koronavirusa tab gətirə bilməyəcək

ÜST: Ermənistan koronavirusa tab gətirə bilməyəcək

Tarix: 13 Mart 2020 16:44

Artıq bir neçə gündür ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) nümayəndələri Ermənistandadır, ölkənin koronavirusa tab gətirib-gətirə bilməyəcəyini aydınlaşdırmaq məqsədilə böyük xəstəxanalarda monitorinq keçirirlər.

Sonxeber.net Day.Az-a istinadən bildirir ki, "ÜST monitorinqlərdən sonra hansı qənaətə gəldi?" sualına cavab olaraq xəstəxanalardan birinin məsul şəxsi bildirib: "Hesab edirlər ki, əgər Ermənistanda koronavirusa yoluxanların sayı artarsa, ÜST-ün köməyi olmadan bu virusa tab gətirə bilməyəcəyik".

"Bəs niyə?" sualına cavab isə belə olub: "Xəstəxanalarda çarpayı problemi, dərman çatışmazlığı var. Epidemiya başlasa, 24 yox, 100-200 yoluxma faktı olacaq. Biz qərara gəlmişik həmin halda müharibə şəraitində olduğu kimi fövqəladə rejimdə işləyək. Plan üzrə xəstələri də qəbul etməyəcəyik, ancaq koronaviruslu xəstələrlə məşğul olacağıq".

Martın 12-ə olan məlumata görə, Ermənistanda 6 koronavirusa yoluxma faktı təsdiq edilib.


Etiketlər:  ÜST Ermənistan koronavirusa gətirə bilməyəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ