Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanlıların rəqs qrupu Kiyevdə beynəlxalq uşaq festivalında təmsil olunub (FOTO)

Azərbaycanlıların rəqs qrupu Kiyevdə beynəlxalq uşaq festivalında təmsil olunub (FOTO)

Tarix: 27 May 2019 01:15

Bakı. Trend:

“Kiyev günləri” çərçivəsində Ukraynanın paytaxtında keçirilən “Solneçnıy kaştançik” beynəlxalq uşaq festivalında soydaşlarımızdan ibarət rəqs qrupu da təmsil olunub.

Trend-in məlumatına görə, IX beynəlxalq uşaq festivalında Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Dnepropetrovsk vilayətinin “Çinar” rəqs qrupunun rəngarəng çıxışları tamaşaçıların zövqünü oxşayıb. Onların təqdim etdiyi rəqs nömrələri alqışlarla qarşılanıb.

Bir çox xarici ölkələrdən rəqs qruplarının qatıldığı festivalın məqsədi həvəskar uşaqların sənətini və yaradıcılığını təbliğ etmək, Ukraynada yaşayan xalqların mədəniyyətinin və ənənələrinin müxtəlifliyini nümayiş etdirmək, onların folklorunu tanıtmaq, gənc sənətkarlar arasında təcrübə mübadiləsinə dəstık verməkdir.

Festivalın sonunda “Çinar” rəqs qrupunun üzvləri xüsusi diplomla mükafatlandırılıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Azərbaycanlıların rəqs qrupu Kiyevdə beynəlxalq uşaq festivalında təmsil olunub FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ