Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Tükürpədici dərəcədə etibarlı üztanıma sistemi hazırlanır

Tükürpədici dərəcədə etibarlı üztanıma sistemi hazırlanır

Tarix: 14 Mart 2020 20:28

Üztanıma sisteminin tədbiqi daha etibarlı hal alacaq. Belə ki, 2012-ci ildə sistemi "aldatmaq" daha çətin olacaq.

Sonxeber.net ted.az-a istinadən bildirir ki, yeni texnologiya bir az da qorxu filmlərini xatırladır. Almaniyanın BASF-SE şirkətinin bir qolu olan Trinamix 3D üztanıma texnologiyasından əlavə, təhlil edilən üzün canlı olub-olmadığını təyin edə biləcək yeni proqram üzərində çalışır.

iPhone 11 və Google Pixel4, infraqırmızı şüaların 3D xəritəsindən, eləcə də 2D fotolardan istifadə edərək təhlil edir. Bundan əlavə, canlı dərinin təyini xüsusisiyyəti təhlükəsizlik baxımından olduqca mənrtiqli addımdır.

Şirkətin rəhbəri İnqmar Brader CNET müxbirinə məhsulu tanıdıb. Jurnalist kameranın önünə dəri maska tutub. Prototip isə buna reaksiya verməyib. Ancaq özünün və İ.Braderin üzü ilə edilən test müsbət nəticələnib.

Yeni kamera alqoritmi fərqli materialları da ayır edə biləcək. Test zamanı plastik və taxta matriallara fərqli işıq siqnalları ilə reaksiya verildiyi ortaya çıxıb.

Qeyd edək ki, Trinamix layihə çərçivəsində Qualcomm ilə birgə alqoritm üzərində işləyir.


Etiketlər:  Tükürpədici dərəcədə etibarlı üztanıma sistemi hazırlanır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ