Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 May 2019 04:16
Bakı. Trend:
İqtisadçı Qitanas Nauseda, Litvada keçirilən prezident seçkilərinin ikinci mərhələsində üstünlüyünü gücləndirdi.
Trend-in məlumatına görə, bu mərhələdə Q.Nauseda İnqrid Şimonite ilə rəqabət aparırdı.
1972 seçki məntəqələrindən 1142-dən yığılan bülletenləri emal etdikdən sonra Nauseda 73,99 faiz səs toplayıb. İ.Şimonite isə 26,01 faiz toplayıb.
Seçkilərdə səsvermə hüququna malik 2,472 milyon vətəndaş iştirak edə bilib.
Litva prezidenti birbaşa gizli səsvermə yolu ilə 5 il müddətinə seçilir.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin