Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Mart 2020 09:32
“Qarabağ”ın sabiq müdafiəçisi Ansi Aqolli bu gün İnstaqram səhifəsindəki paylaşımında keçmiş komandasına növbəti dəfə sadiqliyini nümayiş etdirib.
Qol.az xəbər verir ki, alban müdafiəçi Ağdam klubundan getməsinin 1 illiyi münasibəti ilə Azərbaycan dilində yazıb:
“Bir il əvvəl bu gün “Qarabağ”la son oyunumu oynamışam. O vaxtdan bəri heç nə dəyişmədi. Mən səni sevirəm, Qarabağ”.
Qeyd edək ki, Ansi bu mesajı hazırda karyerasını davam etdirdiyi ABŞ-dan yazsa da, paylaşım yeri kimi Ağdam şəhərini qeyd edib.
Xatırladaq ki, Aqollinin “Qarabağ”da son oyunu 2019-cu ilin 16 martında Premyer Liqada “Səbail”ə qarşı səfər matçında olub.