Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Mart 2020 13:22
"Yuventus"un ulduz futbolçusu Kriştianu Ronaldu vətəni Portuqaliyada ona məxsus otelləri koronavirusla mübarizə aparmaq üçün xəstəxanalara çevirir.
Sonxeber.net bildirir ki, "Qafqazinfo" "Marca" nəşrinə istinadən xəbər verir ki, həmin xəstəxanalardan pulsuz istifadə etmək mümkün olacaq. Futbolçu orada işləyəcək həkim və işçilərin maaşını da özü verəcək.
Qeyd edək ki, "Yuventus"lu Daniele Ruqanidə koronavirus aşkar edildikdən sonra Ronaldo Portuqaliyada karantindədir.