Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İtaliyadan Azərbaycana qayıtmaq istəyənlərin DİQQƏTİNƏ: Birbaşa çarter reysi həyata keçiriləcək

İtaliyadan Azərbaycana qayıtmaq istəyənlərin DİQQƏTİNƏ: Birbaşa çarter reysi həyata keçiriləcək

Tarix: 17 Mart 2020 10:24

Roma şəhərindən Bakı şəhərinə birbaşa çarter reysi həyata keçiriləcək.

Sonxeber.net xəbər verir ki, Trend bu barədə Azərbaycanın İtaliyadakı Səfirliyinin "Facebook" səhifəsinə istinadən məlumat verir.

Məlumatda bildirilir: "İtaliyadakı epidemioloji vəziyyət ilə əlaqədar olaraq İtaliyadan Azərbaycana qayıtmaq istəyi ilə Səfirliyə müraciət etmiş Azərbaycan Respublikası vətəndaşlarının diqqətinə!

İtaliyadakı epidemioloji vəziyyət ilə əlaqədar olaraq İtaliyadan Azərbaycana qayıtmaq istəyi ilə Səfirliyə müraciət etmiş Azərbaycan Respublikası vətəndaşları üçün 17 mart 2020-ci il tarixində axşam saatlarında Roma şəhərindən Bakı şəhərinə birbaşa çarter reysi həyata keçiriləcək.

Səfirlik əməkdaşları aidiyyəti məsələ ilə bağlı müraciət etmiş vətəndaşlarımızın əksəriyyəti ilə fərdi qaydada əlaqə saxlayaraq onların Vətənə qaytarılması ilə əlaqədar müvafiq təşkilati məsələlər haqqında onları məlumatlandırmışdır.

Səfirliyə müraciət etmiş bəzi vətəndaşlarımızla telefon rabitəsinin qurulmasında çətinliklərin olduğunu nəzərə alaraq, aidiyyəti məsələ ilə bağlı Səfirlikdən zəng qəbul etməmiş vətəndaşlarımızdan təcili olaraq Səfirliklə əlaqə saxlamaqları xahiş olunur.

Telefon nömrəsi: 06 85305557
Qaynar xətt: 349 8155582".


Etiketlər:  İtaliyadan Azərbaycana qayıtmaq istəyənlərin DİQQƏTİNƏ Birbaşa çarter reysi həyata keçiriləcək


RƏYLƏR