Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Mart 2020 10:40
Xalq artisti Məleykə Əsədova Rafael Dadaşovun ölümündən danışıb.
O, ölkə.az-ın əməkdaşı ilə söhbətində bildirib ki, Rafael Dadaşov çox böyük aktyor idi.
"Bu xəbəri eşidəndə bir çoxları kimi mən də məyus oldum. O, çox böyük aktyor idi. Adama pis təsir edir, səhnəmizin nəhəng aktyorlarını bir-bir itirə-itirə gedirik. Bilirəm bu dünyanın işidir, ancaq dünən bir yerdə olduğun insanı bu gün itirəndə, dağılırıq, məhv oluruq. Allah ruhunu şad eləsin. Ancaq aktyorlar heç vaxt ölmürlər, onlar öz obrazları ilə daima tamaşaçı ürəyində yaşayırlar.
Son 2 ayda səhhətində yaranan problemlərə görə, tamaşalara çıxmasada Rafael müəlimlə tez-tez tədbirlərdə görüşürdük. Sonuncu dəfədə elə belə görüşmüşdük, hətta bir yerdə əyləşmişdik. Çox heyiflər olsun ki, biz onu itirdik", - Xalq artisti qeyd edib.
Qeyd edək ki, Xalq artisti Rafael Dadaşov bu gün 74 yaşında uzun sürən xəstəlikdən vəfat edib.