Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Mart 2020 11:56
Koronovirus epidemiyasının yayılması ilə bağlı dünyanın bir sıra ölkələrində sahibkarların dövlət qarşısında öhdəliklərinin yerinə yetirilməsində güzəştlərin tətbiq edilməsi nəzərdə tutulur.
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin İqtisadi, siyasət və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında çıxış edən komitə sədri Tahir Mirkişili deyib.
T.Mirkişili bildirib ki, Azərbaycanda da hökumət daxilində bu istiqamətdə müzakirələr aparılıb.
Onun sözlərinə görə, koronavirusla bağlı görülən tədbirlər strukturlar arasında uyğunsuzluq yaradır. "Müqavilələrdə fors-major hallarla bağlı xüsusi maddə var. Amma fors-major hallara epidemiyanın yayılması daxil deyil. Belə halda müqavilə öhdəliklərinə yeni anlayışların daxil edilməsi bizə lazım olacaq. Çünki bu gün dünyada epidemiyaların yayılması prosesi çox sürətlə gedir".