Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Mart 2020 17:34
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən koranavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının qarşısının alınması məsqədi ilə tətbiq edilən sosial izolyasiya tədbirlərinin davam etdiyi müddətdə Bakı Nəqliyyat Agentliyində vətəndaşların qəbulu müvəqqəti olaraq dayandırılır.
Agentlikdən Sonxeber.net-ə verilən məlumata görə, bu müddətdə vətəndaşlar Agentliyin fəaliyyət istiqamətləri ilə bağlı müraciətlərini poçt vasitəsi ilə və ya [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
Sosial izolyasiya müddətində daxili görüş və iclasların təşkilində dəyişiklik edilib. Zəruri olan məsələlərin müzakirəsi informasiya və komunikasiya texnologiyalarından istifadə olunmaqla həyata keçiriləcək.