Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Mart 2020 20:18
Əməkdar artist Gülüstan Əliyeva AzTV-də yayımlanan "Görüş yeri" proqramında foto paylaşıb.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, görüntüdə proqramın aparıcısı Kamilə Babayeva və Xalq artisti Səfurə İbrahimova yer alıb.
S.İbrahimovanın "Bahar qızı" obrazında olması diqqətdən qaçmayıb. G.Əliyeva fotoya "Azərbaycanın ilk "Bahar qızı" 53 il sonra" şərhini yazıb.
Qeyd edək ki, SSRİ dövründə Novruz bayramı keçirilərkən ilk "Bahar qızı" 29 yaşlı S.İbrahimova seçilib.
Onu da bildirək ki, Prezident təqaüdçüsü olan aktrisa indiyədək onlarla film və tamaşada rol alıb. O, 2005-ci ilədək Akademik Milli Dram Teatrında çalışıb.