Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bəhruz Quliyev: ''Tibb işçilərinin maaşlarının 3-5 mislinədək əlavələrin müəyyən edilməsi faktı sosial qayğının sübutudur''

Bəhruz Quliyev: ''Tibb işçilərinin maaşlarının 3-5 mislinədək əlavələrin müəyyən edilməsi faktı sosial qayğının sübutudur''

Tarix: 18 Mart 2020 22:06

Prezident İlham Əliyev hər zaman xalqının yanındadır və onun tərəfindən həyata keçirilən sosial siyasət bu reallığı tam şəkildə əks etdirir.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, bu fikirləri "SƏS" qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev Azərbaycan Prezidentinin yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında imzaladığı Sərəncamına münasibətini bildirərkən deyib.

Onun sözlərinə görə, ölkə başçısı bütün kateqoriyalar üzrə vətəndaşları öz diqqət və qayğısı ilə əhatə edir:

"İstər hərbçilər, istər müəllimlər, istərsə də şəhid ailələri, qaçqın və məcburi köçkünlər və s. kateqoriyalara aid vətəndaşlarımız davamlı şəkildə həyata keçirilən uğurlu sosial siyasətdən bəhrələnirlər. Cənab İlham Əliyev daim öz çıxışlarında vurğulayır ki, dövlətin əsas qayəsi insan kapitalının inkişafına yönəlib. Çünki hər bir vətəndaş dövlətin milli sərvətidir və bu sərvətin idarəolunması, tərəqqisi mühüm siyasi strategiyadır. Məhz bu baxımdan, qeyd etmək istərdim ki, bütün bu kimi gerçəkliklər kontekstində Prezident İlham Əliyevin həkimlərin əməyini yüksək qiymətləndirməsi və tibb işçilərinin maaşlarının 3-5 mislinədək əlavələrin müəyyən edilməsi faktı sosial qayğının sübutudur".

"Deyərdim ki, ölkə başçımız artıq Azərbaycandan yeni sosial qayğı strategiyasını müəyyən edib və bunu bir nümunə olaraq təqdim edir", deyən Bəhruz Quliyev sonda onu da bildirib ki, Azərbaycanı müxtəlif təhdidlərdən qoruyan, davamlı və böyük uğurlar əldə etməsinə imkan yaradan mühüm səbəblərdən biri məhz Liderlə xalq arasında olan bağlılıqdır:

"Bəli, bu Lider-Xalq birliyinin, inamının təcəssümü və ondan doğan təzahürdür. Lider ən kritik vaxtlarda öz vətəndaşının yanında, vətəndaş isə öz dövlətinin, liderinin yanındadır. Bu həmrəylik isə güclü Azərbaycançılığın fəlsəfəsidir".


Etiketlər:  Bəhruz Quliyev Tibb işçilərinin maaşlarının mislinədək əlavələrin müəyyən edilməsi faktı sosial qayğının sübutudur


RƏYLƏR