Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 May 2019 16:39
Bakı. Sara İsrafilbəyova - Trend:
Rusiyanın “Sberbank” bankı Antipino neft emalı zavodunun satışı ilə bağlı potensial investorlarla danışıqlar aparır.
Trend-in məlumatına görə, bankın rəhbəri German Qref zavodun səhmlərinin 80 faizdən çoxunun bank tərəfindən alındığını və hazırda potensial investorlarla danışıqların getdiyini bildirib.
O bildirib ki, zavod yalnız bu sahədə böyük iş təcrübəsinə malik şirkətlərə satılacaq.
Qeyd edək ki, bir müddət əvvəl SOCAR-ın Antipino NEZ-in satın alınmasında maraqlı olduğu barədə məlumatlar yayılmışdı. Şirkətdən Trend-ə verilən müsahibədə həmin zavodun alınması ilə bağlı investisiya planının olmadığı açıqlanmışdı.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin