Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Mart 2020 11:54
“Sony” şirkəti xüsusi onlayn tədbirdə “PlayStation 5” oyun qurğusunun əsas texniki xüsusiyyətlərini açıqlayıb.
“ICTnews” Elektron Xəbər Xidməti “Lenta” resursuna istinadən yazır ki, yeni nəsil konsol 3500 meqahers takt tezlikli səkkiznüvəli “AMD Zen 2” prosessoru üzərində qurulub və 10,28 teraflops gücündə “AMD RDNA 2” videokartına malikdir. Qurğu saniyədə 448 giqabaytlıq buraxılış qabiliyyətinə malik “GDDR6” tipli 16 giqabaytlıq operativ yaddaş, eləcə də buraxılış qabiliyyəti saniyədə 5,5-9 giqabayt diapazonu arasında dəyişən 825 giqabayt tutumlu orijinal “SSD” toplayıcısı ilə təchiz olunub. Həmçinin konsol “4K UHD Blu-Ray” disk qurğusuna malikdir.
“PlayStation” layihəsinin baş mühəndisi Mark Serninin sözlərinə görə, oyun proqram tərtibatçıları “Sony” şirkətindən bərkcisimli toplayıcılara keçməyi xahiş ediblər. Bunu nəzərə alaraq konsolun quraşdırılmış yaddaşını “NVMe” formatlı istənilən “SSD” toplayıcısı vasitəsilə yeniləmək və dəyişmək üçün imkan yaradılıb. O qeyd edib ki, “SSD” sayəsində qurğu 2 giqabayt tutumlu məlumatı 0,25 saniyəyə yükləyə bilir. Bundan başqa, ekranların artıq yüklənməsi aradan qaldırılıb.
“PlayStation 5” əks uyğunluq rejimini dəstəkləyir ki, bu da konsolda əvvəlki nəsillər üçün buraxılan bütün oyunları işə salmağa imkan verir. Həmçinin şüaların istiqamətini göstərən aparat dəstəyi mövcuddur.
Nizam Nuriyev