Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Mart 2020 11:58
Sərhədlərin bağlanmasından sonra Azərbaycanda müvəqqəti yaşamaq üçün icazə müddəti başa çatan əcnəbilərin müraciətlərinə baxılması prosesinə başlanıb.
Sonxeber.net xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Dövlət Miqrasiya Xidmətinin mətbuat katibi Elnur Kələntərli deyib.
Onun sözlərinə görə, hazırda icazə müddəti başa çatan miqrantların ölkədə qalması üçün Dövlət Miqrasiya Xidmətinə onlayn müraciətlər qəbul edilir:
"Artıq 2 gündür ki, həmin miqrantların müraciətləri daxil olur. Müraciətlər qəbul olunur, həmin şəxsin ölkədə icazəsiz qalması nəzərə alınır. Proses sərhədlər açılana qədər davam edəcək".
E.Kələntərli bildirib ki, sərhədlər bağlanandan sonra icazə müddəti başa çatan bütün miqrantların müraciətləri nəzərə alınacaq.