Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Mart 2020 12:10
"Bavariya" "Mançester Siti"nin futbolçusu Leroy Saneni transfer etmək istəyir.
Qol.az "Sport Bild"ə istinadən xəbər verir ki, Münhen klubunun idman direktoru Hasan Salihamidjiç 24 yaşlı yarımmüdafiəçinin maraqlarını qoruyan "Lian Sports" agentliyi ilə görüşüb. Ancaq rəsmi olaraq Sane ilə aprelin 1-dən danışıqlar aparıla biləcəyi vurğulanıb.
Xəbərdə "Bavariya"nın oyunçu ilə 5 illik müqavilə imzalamağa hazır olduğu bildirilib. Sanenin özünün də Bundesliqa təmsilçisinə keçidə qarşı olmadığı iddia olunub.
"Sport Bild" yazıb ki, alman futbolçu "Bavariya" ilə yanaşı, Avropanın daha iki nəhəng klublarından təklif alıb.
Qeyd edək ki, Sanenin "Mançester Siti" ilə müqaviləsi 2021-ci ilin iyununda başa çatır.