Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıya geri dönmək istəyən şəxslərin vəsiqələri yoxlanılacaq

Bakıya geri dönmək istəyən şəxslərin vəsiqələri yoxlanılacaq

Tarix: 19 Mart 2020 13:18

Bakı Beynəlxalq Avtovağzal Kompleksi 19-21 tarixlərində regionlara gediş üçün normal qaydada işləyəcək.

Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bu barədə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat katibi Nuridə Allahyarova bildirib.

Onun sözlərinə görə, paytaxta geri dönmək istəyən şəxslərin vəsiqələri yoxlanıldıqdan soran yola salınacaq:

"Bilirsiniz ki, Nazirlər Kabinetinin yanında Operativ Qərargahın koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə Bakı, Abşeron və Sumqayıt şəhərinə giriş çıxışlarının məhdudlaşdırılmasına dair qərarı var. Bu gün Operativ Qərargahla da razılaşdırıldıqdan sonra belə bir qərara gəlinib ki, artıq mart ayının 19-20-21 tarixlərində həm region qeydiyyatı, həm də Bakı, Sumqayıt və Abşeronda qeydiyyatda olan sərnişinlərin regiona gedişləri təmin olunsun. BBAK bu üç gündə adi iş rejimində çalışacaq və regiona getmək istəyən şəxslərin gedişləri təmin olunacaq. Geri dönüşlə bağlı isə onu deyə bilərik ki, mart ayının 27-28-də regiondan paytaxta yalnız Bakı, Abşeron və Sumqayıt qeydiyyatlı şəxslər buraxılacaq".

N.Allahyarova vurğulayıb ki, regionlarda yaşayan və ora qeydiyyatı olan vətəndaşlardan xahiş edilir ki, problem yaranmasın deyə, region avtovağzallarına geri qayıtmaqla bağlı yaxınlaşmasınlar. DANX və digər mühüm qurum əməkdaşları region avtovağzallarına ezam olunacaqlar. Bu müddət ərzində sərnişinlər şəxsiyyət vəsiqələri yoxlanılaraq geri yola salınacaq".

Qeyd edək ki, bayram günlərində bölgələrdən Bakı, Sumqayıt və Abşerona girişin qadağan edilməsi ilə əlaqədar 3 yerdə yol polisi postları quraşdırılıb. Bu postlar Bakı-Ələt-Astara yolunun 65-ci, Bakı-Quba yolunun 45-ci və Bakı-Şamaxı yolunun 26-cı kilometrliyində yerləşir.

Xatırladaq ki, koronavirus infeksiyasının yayılması hallarının qarşısını almaq məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilmiş qərara əsasən martın 19-da saat 00.00-dan etibarən xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla respublikanın şəhər və rayonlarında qeydiyyatda olan nəqliyyat vasitələrinin və onların sərnişinlərinin Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna buraxılması martın 29-dək dayandırılacaq, yalnız Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda qeydiyyatda olan nəqliyyat vasitələrinin və onların sərnişinlərinin Bakı şəhərinə sərbəst giriş-çıxışına icazə veriləcək.


Etiketlər:  Bakıya geri dönmək istəyən şəxslərin vəsiqələri yoxlanılacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ