Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Nə Alleqri, nə Dibala - ''Yuventus''dan açıqlama

Nə Alleqri, nə Dibala - ''Yuventus''dan açıqlama

Tarix: 21 Aprel 2019 17:04

"Yuventus"un idman direktoru Fabio Paratiçi komandanın baş məşqçisi Massimiliano Alleqri və yarımmüdafiəçi Paulo Dibalanın mövsümün sonunda Turin təmsilçisindən ayrılacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Qol.az-ın "Football İtalia" nəşrinə istinadən yaydığı xəbərə görə, klub rəsmisi hər iki şəxsin komandada qalacağını açıqlayıb:

"Əlbəttə, Dibala qalacaq. O, "Yuventus"un oyunçusudur və mütləq bizimlə olacaq. Alleqriyə gəlincə, onun həmişəki kimi adi görüşümüz olacaq. İndidən gələcəkdəki hadisələri müzakirə etməyin vaxtı deyil. Biz hazırda düşünürük ki, komandanı necə gücləndirmək olar".

 


Etiketlər:  Alleqri Dibala Yuventusdan açıqlama


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ