Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Mart 2020 16:50
"Anam bilir ki, heç nəyi tələsik edən deyiləm. O da nəvə istəyir. Gözləntiləri var. Özüm isə qız övladı istəyirəm".
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Faiq Ağayev "Şou ATV" verilişində deyib. Müğənni evlənmək, ata olmaq haqda sualları cavablandırıb. Sənətçi "Sevmək istəmirsiz" sualına belə cavab verib:
"Sevmək istəyirəm. Kim istəmir ki? Sevgi bizi böyük qəhrəmanlıqlara vadar edir. Adi həyatda etmədiklərimizi sevəndə edirik. Hər şey sevgi üzərində qurulub. Ailə qurursan, o sevgidən uşaq doğulur. Böyüyür ata-ananı sevir. Sonra özəl sevgi tapır, ailə qurur. Sevgi zəncir kimidir. Necə istəyə bilmərəm sevgi?".