Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Mart 2020 15:32
"Azəraqrartikinti" ASC ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 30 min manat vəsait ayırdı.
Vəsaitin ayrılmasında məqsəd dünyanın əksər ölkələrini cənginə almış koronavirus (COVİD-19) xəstəliyinin geniş yayılmasının qarşısının alınması, ciddi qabaqlayıcı tədbirlər həyata keçirilməsinə və pandemiyanın biznes və iqtisadiyyatın bir çox sahələrinə vurduğu təsirini qismən də olsa qarşılamağa dəstək olmaqdır.
Açıqlamada bildirilir ki, "COVİD 19" virusunun yaratdığı iqtisadi çətinliklər səbəbindən "Azəraqrartikinti" ASC-yə daxil olan bütün iş yerlərində heç bir ixtisar aparılmayacaq və bu müddət ərzində işçilərin xərcləri şirkət tərəfindən qarşılanacaq.
"Azəraqrartikinti" ASC bütün sahibkarları Koronavirusla Mübarizəyə Dəstək Fonduna "COVİD 19" virusu ilə mübarizə üçün kömək etməyə və bu bəladan qurtulmaq üçün dövlətimizə dəstək olmağa çağırır.