Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Mart 2020 08:24
Bakı. Trend:
Qəzza zolağında COVİD-19 virusuna yoluxmanın ilk iki hadisəsi qeydə alınıb.
Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bu barədə yerli hakimiyyət xəbər yayıb.
Koronavirus infeksiyası Pakistandan qayıtmış iki Fələstində aşkar edilib. Yoluxanlar Misir sərhəddi yaxınlığında karantin mərkəzinə yerləşdirilib.
Son məlumatlara görə, İsraildə koronavirusa 883, Fələstində (İordan çayının qərb sahilində) - 52 yoluxma halı aşkar edilib.