Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Mart 2020 13:45
Bakı. Trend:
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti Koronavirusla Mübarizəyə Dəstək Fonduna 300 min manat vəsait ayırıb.
ASC-dən Trendə- verilən məlumata görə, Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması, dünya standartlarına uyğun tibbi yardımla təmin olunması daim Prezident İlham Əliyevin diqqət mərkəzindədir. Bunun bariz nümunəsi son aylarda dünyada demək olar ki, bütün ölkələrdə yayılan yeni növ koronavirus infeksiyasının Azərbaycanda yayılmasının qarşısının alınması məqsədilə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılmasıdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çağırışına dəstək olaraq Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC Koronavirusla Mübarizəyə Dəstək Fonduna 300 min manat vəsait ayırıb.