Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Mart 2020 14:51
Bakı. Trend:
Azərbaycan Respublikası Prezidentinin 19 mart 2020-ci il tarixli Fərmanı ilə koronavirus pandemiyasının yayılmasının qarşısının alınması və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə dəstək məqsədilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna sahibkarların dəstəyi davam edir.
Trend-in məlumatına görə, “AZDIZAYN GROUP” MMC koronovirusla mübarizə məqsədilə Fonda 10 min manat vəsait köçürüb.
Məlumat üçün bildirək ki, “AZDIZAYN GROUP” MMC şirkəti 2019- cu ildən etibarən Azərbaycanda, Avropa və Asiya istehsalçılarının tanınmış inşaat materiallarını topdan və pərakəndə satış bazarında təmsil edir.