Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Seneqalda fövqəladə vəziyyət rejimi və komendant saatı tətbiq olundu

Seneqalda fövqəladə vəziyyət rejimi və komendant saatı tətbiq olundu

Tarix: 24 Mart 2020 04:36

Bakı. Trend:

Seneqal Prezidenti Maki Sal koronavirusun yeni növünün yayılması ilə əlaqədar bütün ölkə ərazisində fövqəladə vəziyyət rejimi elan edib.

Trend-in məlumatına görə, ölkədə komendant saatı 20:00-dan 06:00-dək davam edəcək.

"Xəstəliyin yayılma sürəti bizdən cəld reaksiya tələb edir. Əks təqdirdə, biz ümumxalq fəlakəti əldə etmək təhlükəsindəyik", - dövlət başçısı millətə müraciətində vurğulayıb.

Prezident müdafiə və təhlükəsizlik qüvvələrinə "Seneqalın bütün ərazisində nəzərdə tutulan tədbirlərin dərhal və ciddi şəkildə yerinə yetirilməsinə hazır olmağı"əmr edib.

Dövlət başçısı bildirib ki, hakimiyyət orqanları "Seneqalın tibbi, əczaçılıq və ilkin tələbat məhsulları ilə müntəzəm təchizatına diqqət yetirəcək". Onun sözlərinə görə,"hökumət istənilən əsassız qiymət artımına qarşı mübarizə tədbirləri görəcək".

Seneqalda yeni növ koronavirusa 79 yoluxma halı qeydə alınıb, onlardan səkkiz nəfəri sağalıb.


Etiketlər:  Seneqalda fövqəladə vəziyyət rejimi komendant saatı tətbiq olundu


RƏYLƏR