Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Mart 2020 07:24
Donald Tramp "ABŞ hərbçiləri koronavirusu yayıblar" iddiası ilə bağlı açıqlama verib.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, Tramp ABŞ-ın bunu yayan şəxsləri "şərəfsiz" adlandırıb.
"Bizim hərbçilər koronavirusu heç kimə yoluxdurmadılar", - deyə ABŞ prezidenti bildirib.
Məlumat üçün bildirək ki, Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Zhao Lijian 12 mart tarixində Tvitter hesabında yazıb ki, koronavirusu Uhan şəhərinə ABŞ hərbçiləri "gətirə" bilərdi. Diplomat ABŞ-ı hər şeyi izah etməyə çağırıb.
Tvitdən bir gün sonra Çinin ABŞ-dakı səfirinin Xarici İşlər Nazirliyinin nümayəndəsi Tsui Tiankaya Dövlət Departamentinə çağrılıb. Diplomata Çin Xarici İşlər Nazirliyinin əsassız adlandırdığı təqdimat verilib.