Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Mart 2020 09:42
Bakı. Trend:
"Gazelli Group" şirkəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsünü dəstəkləyərək koronavirusla mübarizəyə dəstək kampaniyasına qoşulur.
Şirkətdən Trend-ə verilən məlumata görə, "Gazelli Group" dövlət başçısının 19 mart 2020-ci il tarixli Fərmanına əsasən yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 200 000 AZN məbləğində vəsait köçürür.
Korporativ sosial məsuliyyət strategiyasına uyğun olaraq, "Gazelli Group" şirkəti koronavirus pandemiyasının (COVID-19) yayılmasının qarşısının alınması və dövlətə mənfi təsirinin məhdudlaşdırılması üzrə tədbirləri dəstəkləyir.
Şirkətin daxili siyasəti, əhalinin sağlamlığının qorunması üçün hökumətin həyata keçirdiyi ardıcıl və hərtərəfli tədbirləri dəstəkləyir, həmçinin bu günlərdə bir araya gələn və ehtiyat qaydalarına əməl edən bütün vətəndaşlara təşəkkürünü bildirir.
"Gazelli Group" şirkəti ölkənin vətəndaşlarını ÜST tövsiyələrinə riayət etməyə - əlləri tez-tez yumağa və antiseptik maddələrdən istifadə etməyə, digər şəxslərlə fiziki təmasları minimuma endirməyə və insanların sıx toplaşdığı yerlərdə olmamağa çağırır.