Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Mart 2020 19:57
Yaponiyada karantinə alınan kruiz gəmisi "Diamond Princess"in kayutlarında sərnişinlərin nəqliyyat vasitəsini tərk etməsindən iki həftə sonra koronavirusun izlərinə rast gəlinib.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, ABŞ Xəstəliklərə Nəzarət və Müdafiə Mərkəzindən bu barədə açıqlama verilib.
Bildirilir ki, izlərə yoluxma əlaməti olan xəstələrin otaqları boşaldıqdan 17 gün sonra rast gəlinib. Beləliklə, araşdırmaçıları da təəccübləndirən nəticələrə görə, koronovirus səth üzərində iki həftədən artıq qala bilərmiş.
Bununla belə, həmin koronavirus izlərinin hər hansı bir infeksiyaya səbəb olub-olmadığını söyləmək mümkün deyil.
Bundan əvvəl aparılan araşdırma zamanı virusun plastik və ya soyuducu kimi paslanmaz polad səthlərdə üç günə qədər yaşaya bildiyi, ancaq zamanla zərərvermə səviyyəsinin aşağı düşdüyü məlum olmuşdu.