Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda Olimpiya şəhərciyində həkimləri alqışlayıblar (VİDEO)

Bakıda Olimpiya şəhərciyində həkimləri alqışlayıblar (VİDEO)

Tarix: 25 Mart 2020 01:21

Bakı. Trend:

Bakıda xaricdən evakuasiya olunan Azərbaycan vətəndaşlarının karantinə qoyulduğu Olimpiya şəhərciyində həkimlərə dəstək olaraq aksiya keçirilib.

Bu barədə Trend-ə qızı karantində olan Vüqar Sadiq deyib.

V.Sadiq qızının bu gün səhər reysi ilə Nyu Yorkdan uçduğunu və bu flaşmobun şahidi olduğu Olimpiya şəhərciyində iki həftəlik karantində olduğunu qeyd edib:

"Bu gün axşam saat 9-da şəhərdə olanlar koronavirusla mübarizədə cəsarətlə cəmiyyətə kömək edən həkimlərə bütün korpusla alqışlamağa başladılar və onlara dəstək üçün şüarlar səsləndirdilər".

O, qızı Fidan Sadiqdan təşəkkür sözlərini də sitat gətirib. Onun sözlərinə görə, uzun müddət xaricdə yaşayan Fidan azərbaycanlı həkimlərin işlərində nə qədər peşəkar olduqlarını və karantində necə qayğı ilə əhatə olunmağını görməkdən şad olub:

"Fidan da aksiyada iştirak etdi və əbəs yerə deyildi. O, şəhərdə olan digər insanlarla birlikdə hazırda həkim vəzifəsini yerinə yetirən nənəsi də daxil olmaqla bütün həkimləri alqışlayıb".


Etiketlər:  Bakıda Olimpiya şəhərciyində həkimləri alqışlayıblar VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ