Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Mart 2020 09:44
2020-ci ilin yanvar-fevral aylarında Azərbaycanda kompüter, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehsalı sahələrində 33,8 milyon manatlıq məhsul istehsal olunub.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, əvvəlki ilin yanvar-fevral ayları ilə müqayisədə kompüter, elektron və optik məhsulların istehsalı 5,7 dəfə artıb.
Dövr ərzində əvvəlki ilin yanvar-fevral ayları ilə müqayisədə avtomatik tənzimləmə və idarəetmə üçün cihaz və aparatların istehsalı 14,1 dəfə, 1000 V-dək gərginlik üçün hesablanmış elektrik cərəyanı naqilləri isə 2,4 dəfə artıb.