Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Çelsi" dörd futbolçusu ilə danışıqları dayandırdı

Tarix: 26 Mart 2020 01:02

"Çelsi" iyunda müqaviləsi başa çatacaq futbolçuları ilə yeni sözləşmə barədə danışıqları dayandırıb.

Qol.az "The Telegraph"a istinadən xəbər verir ki, London klubu Villian, Pedro, Olivye Jiru və Villi Kabalyero ilə danışıqlara fasilə verib.

Bildirilib ki, klub rəhbərliyi İngiltərə Premyer Liqasında mövsümün yekunu ilə bağlı qərarı gözləmək niyyətindədir. Çünki turnir sözügedən oyunçuların müqaviləsinin müddətinin bitəcəyi - 30 iyundan sonra başa çatdırıla bilər.

Qeyd edək ki, İngiltərə Premyer Liqasının oyunları aprelin 30-a kimi təxirə salınıb.

 


Etiketlər:  Çelsi dörd futbolçusu ilə danışıqları dayandırdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ