Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Mançester Yunayted'' Qrizmannı istəyir

''Mançester Yunayted'' Qrizmannı istəyir

Tarix: 26 Mart 2020 12:20

"Barselona"nın hücumçusu Antuan Qrizmann karyerasını Premyer Liqada davam etdirə bilər.

Sonxeber.net matc.az-a istinadən xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.

Bildirilir ki, Romelu Lukakunun gedişindən sonra komandanın hücum xəttindəki boşluq doldurula bilməyib. Bunun üçün də klub rəhbərliyi Qrizmannı mövsüm sonunda heyətinə qatmağı düşünür.  "Mançester Yunayted" oyunçunu razı salmaq üçün Devid Bekhem, Erik Kontana və Corc Best kimi əfsanəvi futbolçuların geyindiyi 7 nömrəli formanı verməyə hazırdır.

"Barselona"da gözləntiləri qarşıla bilməyən fransalının komandadan ayrılacağı iddia edilir.


Etiketlər:  Mançester Yunayted Qrizmannı istəyir


RƏYLƏR