Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Həbs, arxiv şəkliSatdığı ziyanlı həblərə görə ələ keçdi

Həbs, arxiv şəkliSatdığı ziyanlı həblərə görə ələ keçdi

Tarix: 26 Mart 2020 19:08

Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində güclü təsir edən maddələrin satışı ilə məşğul olan şəxs saxlanılıb.

Milli.Az Daxili İşlər Nazirliyinin  Mətbuat Xidmətinin Quba rayonundakı regional qrupundan verilən məlumata görə, RPŞ-nin Cinayət Axtarış Bölməsinin və Narkotiklərlə Mübarizə Qrupunun əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon sakini, əvvəllər məhkum olunmuş 33 yaşlı Zaur Mustafayev şübhəli şəxs qismində rayon ərazisində saxlanılıb. Hal şahidlərinin iştirakı ilə onun üzərinə baxış keçirilən zaman ondan satış məqsədi saxladığı 58 ədəd "Tramadol" həbləri aşkar edilib.

Dindirilmə zamanı Z.Mustafayev həmin həblərin ona məxsus olduğunu və satmaq üçün qanunsuz olaraq üzərində gəzdirdiyini etiraf edib.

Faktla bağlı Xaçmaz RPŞ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Milli.Az


Etiketlər:  Həbs arxiv şəkliSatdığı ziyanlı həblərə görə ələ keçdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ