Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Mart 2020 21:56
Nvidia, keçirdiyi media konfransında DLSS 2.0 texnologiyasını təqdim etdi. RTX 2000 videokartlarında DLSS texnologiyası oyunlarda süni zəka ilə dərin öyrənmənin (Deep Learning) birliktə işləyərək görüntü keyfiyyətini artırmasına imkan yaradırdı. İlk versiya olan DLSS 1.0, ekran ölçüləri aşağı olan komputerlərdə çox da yaxşı performans vermirdi.
DLSS 2.0 texnologiyası, Süni Zəka ilə Dərin Öyrənmənin birliktə işləyərək daha üstün görüntü keyfiyyətinin ortaya çıxmasını mümkün edir.
Nvidia tərəfindən açıqlanan DLSS 2.0 texnologiyasının gətirdiyi yeniliklər bunlardır:
Yüksək görüntü keyfiyyəti: DLSS 2.0, piksellərin sadəcə yarısını istifadə edərək daha təbii görüntülər ortaya çıxara bilir. Həmçinin piksellər arası keçidləri daha kəskin hala gətirən yeniləmə texnologiyası da bura daxildir.
Özəlləşdirilə bilən seçimlər: DLSS 2.0 ilə istifadəçilərə 3 seçim veriləcək: Balans modu, Performans modu və Yüksək Keyfiyyət modu. Performans modunda 4x dəfə yüksək piksel keyfiyyətinə çatmaq mümkün olacaq.
Bütün RTX videokart dəstəyi və piksel keyfiyyətinin yüksəldilməsi: Yeni Süni Zəka hesabına RTX videokartlarda olan Tensor nüvələri daha sürətli və performanslı işləyəcək. Həmçinin ilk versiyaya nəzərən 2 dəfədən daha çox performans artışı olacaq.
Qısaca Süni Zəkanın inkişaf etdirilməsi hesabına oyunlarda qrafika keyfiyyəti 2 qat daha yaxşı ola biləcək. Nvidia, son illərdə Deep Learning və AI sahələrində çox yaxşı işlər ortaya qoyur. Şirkət Süni Zəka həlləri ilə oyun sektorundan başqa sektorlarda da fəaliyyətinə davam edir.