Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Youtube videoservsi öz videolarının keyfiyyətlərini bütün dünyada aşağı saldı

Youtube videoservsi öz videolarının keyfiyyətlərini bütün dünyada aşağı saldı

Tarix: 26 Mart 2020 22:56

Avropa Birliyininin koronavirus səbəbilə qlobal şəbəkəyə olan yüklənmənin aşağı salınmasının vacibliyini elan edəndən sonra Youtube servisi Avropa regionunda öz videolarının keyfiyyətlərini aşağ saldı. Lakin bir neçə gündən sonra bu proses bütün dünyada tətbiq olunmağa başladı. Beləliklə Youtube servisi öz videolarının keyfiyyətlərini bütün dünyada aşağı salıb. Bu barədə Gizchina saytı xəbər verib. Məcburi karantində qalan çoxlu sayda istifadəçilər səbəbilə bir çox internet servislərə olan böyük yüklənməyə görə Google şirkəti sözügedən qərarı bugün qəbul edib.

Qeyd etmək lazımdır ki, videoların keyfiyytlərinin endirilməsi dedikdə istifadəçinin hansısa videoya daxil olan zaaman avtomatik təyin olunan keyfiyyət nəzərdə tutulur. Bu halda istifadəçilər Youtube-da hansısa videoya daxil olan zaman video avtomatik olaraq 480p keyfiyyətində işə düşür. Lakin istifadəçi istəyə uyğun olaraq videonun keyfiyyətini HD və ya Full HD-ə qaldıra bilər. Bu cür prosesi həmçinin Netflix, Amazon, Facebook və Instagram platformaları da öz videokontentləri üçün tətbiq edirlər.


Etiketlər:  Youtube videoservsi videolarının keyfiyyətlərini bütün dünyada aşağı saldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ