Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Mart 2020 20:20
Koronavirusa yoluxan "Yuventus"un hücumçusu Paulo Dibala durumu ilə bağlı növbəti açıqlama verib.
Qol.az xəbər verir ki, o, klubun telekanalına müsahəsində özünü indi daha yaxşı hiss etdiyini deyib:
"Amma bir neçə gün əvvəl ciddi simptomlarım var idi. İndi mən hərəkət edə, gəzə və məşq edə bilərəm. Bir neçə günə qədər özümdə ağırlıq hiss edirdim. O günlərdə 5 dəqiqədən sonra heç nə edə bilmirdim, tez yorulurdum, əzələlərim ağrıyırıdı. İndi isə mən və sevgilim daha yaxşıyıq".