Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Mart 2020 08:44
Koronavirus pandemiyasına görə İspaniyanın "Barselona" klubu müflis ola bilər.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, belə bir bəyanatla Avropa Klubları Assosiasiyasının (ECA) martın 27-də keçirilən iclasında Almaniyadan olan top-menecerlərdən biri çıxış edib.
"Əgər planlaşdırılmayan nəsə baş versə, "Barselona" müflis olan ilk klub olacaq", - deyə menecer bildirib.
Onun sözlərinə əsasən, koronavirus pandemiyası Kataloniya klubunun gəlirinə güclü təsir göstərib və əlavə edib ki, "Barselona" 140 milyon dollarlıq itki ilə üzləşə bilər.
Qeyd edək ki, klubun rəhbərliyi artıq iş gününün və əməkdaşların maaşlarının azaldıldığını elan edib.