Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Mart 2020 15:52
“Keşlə”nin hücumçusu Lorenso Frutos Azərbaycanda koronavirus dövründə keçirdiyi günlərdən danışıb.
Qol.az xəbər verir ki, ölkəsi Paraqvayın mətbuatına müsahibəsində o deyib: “Burada hər şey dayandırılıb. Çox yer bağlıdır. Çempionat və məşqlərdə fasilə yaranıb. Amma tək deyilik. Vəziyyətdən çıxmağa çalışırıq”.
O qeyd edib ki, komandasının çempionatda durumu yaxşıdır: “Üçüncü yerdəyik. Yarışın bitməsinə 8 tur qalıb. Avropa Liqası zonasındayıq. Həm futbolçu kimi, həm də şəxsi planda burada mənə komfortldur”.