Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakı-Novorossiysk boru kəməri ilə neft nəqli iyulun 1-dən bərpa ediləcək - Vitse-prezident

Bakı-Novorossiysk boru kəməri ilə neft nəqli iyulun 1-dən bərpa ediləcək - Vitse-prezident

Tarix: 29 May 2019 13:57

Bakı. Trend:

Azərbaycan Bakı-Novorossiysk boru kəməri ilə neft nəqlini iyulun 1-dən bərpa edəcək.

Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti Elşad Nəsirov deyib.

Qeyd edək ki, Azərbaycan Bakı-Novorossiysk boru kəməri ilə neft nəqlini mart ayında dayandırmışdı. Buna səbəb kəmərin Azərbaycan sahəsində aparılan təmir işləridir. Bu müddət ərzində həmin istiqamətdə nəqli nəzərdə tutulan neft Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə tədarük edilir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Bakı Novorossiysk boru kəməri ilə neft nəqli iyulun dən bərpa ediləcək Vitse prezident


RƏYLƏR